Azərbaycan ilə Albaniya arasında əlaqələrin dərinləşməsinə ehtiyac var. Albaniya ilə Azərbaycan ölkələri arasındakı əlaqələr tarixdə ilk mühüm dövlət səfəridir. Ölkələr arasında iqtisadi əlaqələr son illərdə sürətlə inkişafı müşahidə edilir. İki ölkə arasındakı ticarət dövriyyəsi əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşması rolunu daha da artıracaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 15 noyabr 2022-ci ildə Albaniyada rəsmi səfərdə olub. Dövlət başçımız Albaniyanın paytaxtı,həm də ən böyük şəhəri olan Tirana şəhərində Albaniyanın prezidenti və baş naziri ilə görüşüb. Ölkələr arasında münasibətlər, qarşılıqlı əlaqələrin perspektivləri barədə söhbət aparılıb. Avropanın cənubunda yerləşən Albaniya ərazisindən İtaliyaya TAP kəməri ilə Azərbaycan qazı keçir. Azərbaycan bu kəmərin ötürücülük gücünün artırılması istiqamətində Avropa İttifaqı ilə danışıqlar aparır. Bununla əlaqədar Avropa Komissiyası Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair memorandum imzalanıb. Memorandum 2027-ci ilədək qaz ixracının 20 milyon kubmetrə çatdırılması nəzərdə tutulub. Bu həcmi təmin etmək üçün TAP kəmərinin ötürücülük gücünün ikiqat artırılması lazımdır. Dövlət başçımız Albaniyalı həmkarı Bayram Beqayla görüşüb. O, qeyd edib ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhvəsini verir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Azərbaycanın və Avropanın sədirliyi ilə bu günə qədər keçirilmiş Cənubi Qaz Dəhlizinin bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdir. Bizim qaz ehtiyatımız çox zəngindir. Hazırda həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişlənməsi müzakirə olunub. Bu da onu göstərir ki, qaza böyük ehtiyac, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Biz də bu məsuliyyəti yaxşı başa düşürük. Biz bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə investor kimi iştirak edə bilər və biz buna hazırıq. Albaniya prezidenti isə çıxışında qeyd edib ki, Azərbaycan və Albaniya ölkələri arasındakı əməkdaşlıq 2023-cü ildə daha intensiv mərhələyə qədər qoyacaq. Bu gün aparılan müzakirələr vacibdir. Biz gələcək üçün yeni istiqamətlər müəyyən edirik. Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirəcək. Albaniya enerji, turizm, infrastruktur, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Albaniya öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzda bu məqsədlə tam istifadə olunması mümkündür. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Sonda Albaniya prezidenti Bayram Beqay Azərbaycan şirkətlərini ölkəsinin turizm sektoruna sərmayə qoymağa səslənib. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Ölkələr arasında beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq aparılır. Parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasındakı dostluq qrupları fəaliyyət göstərir. Yekun olaraq qeyd edim ki, ikitərəfli münasibətdə əldə edilən nəticələr çoxdur. Dostluq əlaqələri, əldə ediləcək münasibətlərə çox yaxşı gələcək arzulayıram.Bahar Əliyeva,Xocalı rayonundan məcburi köçkün